19 
Yan
2019
10:42
36
134
3501
Virtual karabakh

Nazir: Pensiya sistemi 70 faiz elektronlaşıb

19 Yan, 2019
10:42
3501

Nazir: Pensiya sistemi 70 faiz elektronlaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pensiya hüququ yarananların 70 faizinə elektron qaydada pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə aid şəxslərin (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) də avtomatlaşdırılmış pensiya təyinatı sisteminin yaradılması bu il təmin edilməlidir.

Oxu.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2018-ci ilin yekunlarına dair iclasda tapşırıqlar verib.

Nazir bildirib ki, 2018-ci ildə sosial təminat növləri üzrə ödənişlərdə - pensiya və müavinətlərdə, Prezidentin təqaüdlərində növbəti dəfə artımların olduğunu qeyd edərək, diqqətə çatdırıb ki, cari ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılması sosial sahə üzrə xidmətlərin mühüm bir sektorunun şəffaflaşmasına və vətəndaş məmnunluğuna uyğun təşkilinə imkan verib. 

Artıq 900 nəfərə avtomatlaşdırılmış qaydada  pensiya təyinatının aparıldığını bildirən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə sosial müavinət və təqaüdlərin təyinatı, məşğulluq, əmək bazarına nəzarət sistemlərinin, övladlığagötürmə prosesinin də elektron infrastrukturu yaradılacaq. Hədəf odur ki, əmək, məşğulluq, sosial təminat sistemlərinin bütün komponentləri elektronlaşdırılmaqla, bu sahələrdə optimal, şəffaf iş və xidmət  sistemləri fəaliyyət göstərsin.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri