19 
Yan
2019
17:14
33
117
5730
Virtual karabakh

11 saylı Vəkil Bürosunun yeni binası istifadəyə verilib - FOTO

19 Yan, 2019
17:14
5730

11 saylı Vəkil Bürosunun yeni binası istifadəyə verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 17-də Vəkillər Kollegiyasının rəhbərliyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun yeni istifadəyə verilmiş inzibati binasının açılış mərasimində büronun vəkilləri, həmçinin, yerli dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə görüş keçirib.

Oxu.Az xəbər verir ki, görüş iştirakçılarını yeni bina ilə tanış edən büronun müdiri Azər Quliyev görülmüş işlər barədə məlumat verib, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən, büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildiribir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində yeni istifadəyə verilmiş binada aparılmış işləri və təchizatı yüksək qiymətləndirib və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin fəaliyyət göstərdikləri qurumlardakı iş şəraitinin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirib, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verib.

Kollegiyanın sədri sözügedən Sərəncam çərçivəsində 11 saylı Vəkil Bürosunun və digər vəkil qurumlarının zəruri texniki avadanlıqlarla təmin edildiyini və bu işlərin davam etdirildiyini qeyd edib, bunun ölkə rəhbərliyinin Azərbaycan vəkillik təsisatının inkişafına verdiyi xüsusi önəmin və töhfənin təzahürü olduğunu xüsusi vurğulayıb.

Tədbirdə Rəyasət Heyəti yanında Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, vəkil İkram Kərimov çıxış edərək bildirib ki, vəkillərin fəaliyyət göstərdikləri qurumlarda iş şəraitinin yaxşılaşdırılması onların səmərəli fəaliyyəti, o cümlədən, ölkədə vəkilliyin nüfuzunun artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Görüşdə iştirak edən Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev son dövrdə vəkillik institunun inkişafı istiqamətində görülmüş tədbirlərin ədalət mühakiməsi prosesinə nəzərəçarpan təsiri barədə danışıb bu sahədə aparılan mütərəqqi islahatlara görə Kollegiya rəhbərliyinə öz təşəkkürünü bildirib.

Daha sonra Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə vəkillər və prokurorluq orqanları arasındakı peşəkar münasibətlərin inkişaf etdiyini, bununla bağlı Vəkillər Kollegiyası tərəfindən görülmüş işlərin və yaradılmış qarşılıqlı münasibətlərin əhəmiyyətini qeyd edib.

Binəqədi Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yunis Hüseynov uzun müddətdir ki, 11 saylı Vəkil Bürosu ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, əməkdaşlıq çərçivəsində müntəzəm olaraq Binəqədi rayonunda yaşayan aztəminatlı əhaliyə hüquqi yardım göstərildiyini, eləcə də, Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən qısa zamanda bir çox islahatların aparılması və ölkədə vəkilliyin nüfuzunun artırılmasının müsbət qarşılandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Həsrət Aslanov vəkilləri yeni inzibati binanın açılışı münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Bundan başqa, görüş zamanı Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemlər və vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri dinləyib, vəkilləri maraqlandıran suallar cavablandırılıb, vəkillik fəaliyyəti, həmçinin vəkillərin digər dövlət orqanları ilə münasibətləri ilə bağlı mövzularda müzakirələr aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri