21 
Yan
2019
17:51
57
458
15921
Virtual karabakh

Bakıda yolda asfalt örtüyü deformasiyaya uğrayıb - YENİLƏNİB + VİDEO

21 Yan, 2019
17:51
15921

Bakıda yolda asfalt örtüyü deformasiyaya uğrayıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Babək prospektində yolun bir hissəsində yaranan problem aradan qaldırılıb. 

Bu barədə Oxu.Az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb və həmin hissə üzrə nəqliyyatın hərəkəti bərpa olunub.

10:37

Paytaxtın Babək prospekti istiqamətində asfalt örtüyü çöküb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yolun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYD) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən istiqamətdə yolun təxminən 2-3 kv. metr hissəsində asfalt örtüyü deformasiyaya uğrayıb.

“Hazırda əməkdaşlarımız ərazidədir, həmin deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır. İlkin ehtimallara görə, deformasiyaya həmin yolda yenidənqurma işləri aparılan zaman yolun altından çəkilən yeni kommunikasiya xətləri səbəb olub”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri