21 
Yan
2019
14:17
16
92
6771
Virtual karabakh

Səhiyyə Nazirliyi bu dərman vasitəsini geri çağırıb

21 Yan, 2019
14:17
6771

Səhiyyə Nazirliyi bu dərman vasitəsini geri çağırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin “Thiogamma®Turbo” infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.

Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin seriyalı flakonlar ölkəyə idxal olunmamışdan yoxlama zamanı problem aşkar olunub:

“İdxala icazə verilməyib. Yəni ölkəyə həmin seriyalı flakonlar idxal olunmayıb”.

2018-ci ildə Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi tərəfindən mərkəzin laboratoriyasına yönləndirilmiş 31886 sayda dərman vasitəsinin analizi aparılaraq müvafiq rəylər verilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri