22 
Yan
2019
14:02
32
172
9747
yuxarı
Bakıda keçmiş “ZEK” öldü
22 Yan, 2019
14:02
9747
32
172
Bakıda keçmiş “ZEK” öldü
Bakıda küçədə vəziyyəti ağır olan naməlum bir nəfər tapılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 50-55 yaşlı kişi yanvarın 21-də, səhər saat 07:00 radələrində Qara Qarayev prospektində səkidə tapılıb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və 10 dəqiqə sonra reanimasiyada vəfat edib.
Onun əllərində, ayaqlarında, çiyinlərində, sinəsində, kürəyində cəzaçəkmə müəssisəsi jarqonlarına aid döymələr, hər iki qolunun iç səthində köhnəlmiş çoxsaylı kəsiklər aşkar olunub.
Üzərində zorakı xəsarətlər aşkar edilməyib. Ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək