22 
Yan
2019
14:42
324
24
2485
Virtual karabakh

Azərbaycanda ov edən ərəblər cərimələndi

22 Yan, 2019
14:42
2485

Azərbaycanda ov edən ərəblər cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən İmişli rayonunun Xəlfəli kəndinin yaxınlığında icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb. 

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, brakonyerlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Suhail Ali Obaid Dhaher Almuharrami və Mubarak Mohammed Salem Balmur Alameri olduğu müəyyən edilib. 

Faktla bağlı akt, protokol tərtib olunub və onlara ümumilikdə 4330 manat məbləğində cərimə tətbiq edilib. Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülərək təbiətə buraxılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri