22 
Yan
2019
15:10
137
15
2282
Virtual karabakh

Baş mama-ginekoloq: Hamilə qadını qeydə almayanlar cəzalandırılıblar

22 Yan, 2019
15:10
2282

Baş mama-ginekoloq: Hamilə qadını qeydə almayanlar cəzalandırılıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə 74 tibb işçisi cəzalandırılıb. 

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, 11 nəfər tibb işçisi işlərində yol verdikləri nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib:

“13 əməkdaşa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 25 nəfərə sadə töhmət verilib. 25 nəfərə isə xəbərdarlıq edilib”.

“Cəzalandırılan əməkdaşların içində baş həkim, mama-ginekoloq, həkim anestezioloq-reanimatoloq, şüa-diaqnostlar, həkim-cərrah, orta tibb işçiləri var. Mama-ginekoloqlar, tibb işçiləri hamilə qadını vaxtında müayinəyə cəlb etməyib, qeydiyyata almayıb. Həmin şəxslər cəzəlandırılıb”, - deyə baş mama-ginekoloq qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri