23 
Yan
2019
00:03
28
191
3570
Virtual karabakh

Salyanda da raket tapıldı - FOTO

23 Yan, 2019
00:03
3570

Salyanda da raket tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda raket aşkar olunub. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Salyan rayonu, Bəndovan qəsəbəsi ərazisində bir ədəd mərminin tapılması barədə daxil olan məlumat əsasında qurumun mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. 

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. 

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 140 mm raket (M-14) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri