23 
Yan
2019
13:06
47
50
3753
Virtual karabakh

Sədaqət Qəhrəmanova: Sən qarşına ərə getmək məqsədi qoymusan?

23 Yan, 2019
13:06
3753

Sədaqət Qəhrəmanova: Sən qarşına ərə getmək məqsədi qoymusan?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadınlar “ailə qurum”, kişi mənə arxa dursun” düşüncəsindən uzaqlaşmalıdırlar.

Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qadınlar qarşısına məqsəd qoyur ki, mütləq ərə getməlidirlər:

“Biz bu gün təəccüblənirik ki, niyə nikah yaşı artır. Kənd yerində boşanan qadın müəyyən problemlər, zorakılıq, təzyiqlərə məruz qalır. 

Nəticədə kəndi tərk edib, Bakıda başqası ilə rastlaşır və qeyri rəsmi uşaq dünyaya gətirir. Onunla münasibət alınmır. Sonra yenə başqası ilə ailə qurur, ondan da uşaq dünyaya gətirir. Həmin xanıma sual verirəm ki, sən qarşına ərə getmək məqsədi qoymusan, ya o uşaqları böyütmək? 

Qadınlar “ailə qurum, bir kişi mənə arxa dursun” düşüncəsindən uzaqlaşmalıyıq. Qadınlar qarşısına məqsəd qoyur ki, mütləq ərə gedim. Ərə getmək xatirinə ərə gedəndə də ailənin davamlılığı möhkəmliyi olmur”.

Sədaqət Qəhrəmanova qeyd edib ki, qadınlar düşünərək ailə həyatı qurmaq lazımdır: 

“Həm də karyera üzərində düşünmək lazımdır. 30 yaşında və ya 35 yaşında ərə gedəcəksə problem deyil. Mən 34 yaşında ailə həyatı qurmuşam və dörd uşağım var. Hər şey də yaxşıdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri