Fev
2019
17:17
253
70
2612
Virtual karabakh

Deputat elektron kitab oxumağı əleyhqazla gül iyləməyə bənzətdi

1 Fev, 2019
17:17
2612

Deputat elektron kitab oxumağı əleyhqazla gül iyləməyə bənzətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəndlərdə kitabxana qalmayıb. Elektron kitabxanaya kim gedəcək? Mən buna inanmıram. Evdə telefonu, kompüteri olan elə kitabxanaya getməz. Kitab nəfəsdir, sevdiyin qız kimidir, gözəllikdir. Kitabı sinənin üstünə qoyursan, istiliyini alırsan, oxuyursan.

Elektron kitab oxumaq əleyhqaz geyinib qızılgül iyləmək kimi bir şeydir. Kitab ətir kimidir, kitab nəfəs kimidir, kitab sevdiyin qız kimidir.

Oxu.Az xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında deyib. 

Millət vəkili qeyd edib ki, rayonlarda kitabxanaların sayı artırılmalıdır: 

“Kitab mağazaları da bağlanıb, yerində ət satılır. Kitab istəyən haradan almalıdır? Vaxtilə Ağcəbədidə atamın hesabına kitabxana tikdirmişəm, qarşısına da Füzulinin büstünü qoymuşam, bu gün də fəaliyyət göstərir. İmkanlı şəxslərdən, deputatlardan xahiş edirəm ki, hərə öz kəndində kitabxana tikdirsin. Restoran tikdirirlər, özləri bilərlər, nə olardı ki kitabxana da tikdirəydilər”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri