Fev
2019
13:53
17
180
5391
Virtual karabakh

Şamaxıda zəlzələdən sonra məktəb qəzalı vəziyyətə düşdü - FOTO

6 Fev, 2019
13:53
5391

Şamaxıda zəlzələdən sonra məktəb qəzalı vəziyyətə düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən baş vermiş zəlzələ nəticəsində Şamaxı şəhəri 2 saylı orta məktəbdə dağıntılar yaranıb.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, məktəbin divarlarında çatlar əmələ gəlib, üzlük tökülüb.

Dağıntılar nəticəsində məktəbin iki korpusunda tədris dayanıb, şagirdlər məktəbin üç nömrəli korpusunda tədrisi davam etdirir.

Hazırda məktəbə Təhsil Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilir. Dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.

Xatırladaq ki, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb. 

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub. 

Elvin Əhməd
Foto: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri