Fev
2019
22:50
267
42
3546
Virtual karabakh

Şamaxıda zəlzələnin vurduğu ziyanın aradan qaldırılmasına başlanıldı - VİDEO

Şamaxıda zəlzələ nəticəsində dağılmış evlərin əşyalardan boşaldılmasına başlanılıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, əşyalar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən daşınır.  

Şəhərdə qəzalı vəziyyətə düşmüş evlərdə yaşayan insanlar isə Şamaxı rayon icra hakimiyyəti tərəfindən yaradılmış sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, yeraltı təkanlardan sonra Şamaxı rayon Fövqəladə Hallar Komissiyasına 1110 nəfər müraciət edib. 171 evə baxış keçirilib və məlum olub ki, bu evlərdən 29-u tamamilə yararsız vəziyyətdədir. Həmin evlərin 12-si şəhərdə, 17-si rayonun müxtəlif kəndlərində yerləşir.

Bildirilir ki, 32 evin təmirə, 63 evin isə bərpaya ehtiyacı var. 37 evin vəziyyəti qənaətbəxşdir.

Evlər bərpa olunanədək ailələr sığınacaqda yaşayacaqlar.

Rəşad Aydın

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri