11 
Fev
2019
09:31
233
18
8530
Virtual karabakh

Azərbaycanda qadın postda uşaq dünyaya gətirdi - VİDEO

11 Fev, 2019
09:31
8530

Azərbaycanda qadın postda uşaq dünyaya gətirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu “Nəvai” postu adlanan ərazidə dayanıb. 

Oxu.Az xəbər verir ki, sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq, onlardan kömək istəyib.

Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub. 

Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib.

YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyətləri normaldır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri