11 
Fev
2019
16:23
169
28
2015
Virtual karabakh

Azərbaycanda bir ayda yüzlərlə qanunsuz miqrant saxlanılıb - FOTO/VİDEO

11 Fev, 2019
16:23
2015

Azərbaycanda bir ayda yüzlərlə qanunsuz miqrant saxlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb.

DMX-dən Oxu.Az-a verilən məlumata görə, onlardan altı nəfəri Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təşkil olunan tədbirlər zamanı müəyyən edilib.

Saxlanılan 53 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 14 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 452 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılan əcnəbilərdən 438 nəfər barəsində inzibati qərarlar verilib. Digər 14 əcnəbinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri