11 
Fev
2019
17:35
26
126
3178
Virtual karabakh

Rusiyada 38 yaşlı azərbaycanlı saxlanıldı

11 Fev, 2019
17:35
3178

Rusiyada 38 yaşlı azərbaycanlı saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Volqoqrad vilayətinin Voljski rayonunda saxta pul əsginaslarının satışında şübhəli bilinən 38 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Volzsky.ru portalının rayon daxili işlər idarəsinə istinadən yaydığı xəbərə görə, saxlanılan şəxs əvvəllər də analoji fəaliyyət səbəbindən həbs olunub.

Saxlanılan şəxs əməlini etiraf edib. 

Məlum olub ki, o, Moskva şəhərində tanımadığı şəxsdən beş min rubl nominalları üzrə saxta pullar götürüb. Daha sonra azərbaycanlı bu pulları benzindoldurma məntəqələri və mağazalarda xərcləyib. 

Faktla bağlı cinayət işi başlanılıb. Azərbaycanlını səkkiz ilədək həbs və külli miqdarda pul cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri