12 
Fev
2019
11:03
65
82
5194
Virtual karabakh

Temperatur enəcək, yağışlar başlayacaq - Fevralın ikinci yarısından

Fevralın 15-dən sonra ölkə ərazisində hava şəraiti dəyişəcək.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu il fevral ayının birinci ongünlüyündə havanın temperaturu kifayət qədər mülayim keçib:

“Havanın orta temperaturu iqlim normasından 2,8 dərəcə yüksək olub. Amma ayın ikinci yarısında ayın əvvəlinə nisbətən hava bir qədər soyuyacaq. Fevralın 15-dən sonra havanın temperaturu tədricən aşağı enəcək və yağıntılı günlərin sayı artacaq”.

Umayra Tağıyeva qeyd edib ki, bəzi sosial şəbəkə istifadəçiləri “qış çox sərt keçəcək” yazıları ilə bağlı iradlar səsləndirilir:

“Bizim qurum tərəfindən bu cür açıqlama verilməyib. Bu barədə ekspertlər danışıb. Bizim rəsmi proqnozlarımızda “qış çox sərt keçəcək” ifadəsi yoxdur. Müxtəlif mənbələrdən alınan hava proqnozuna bizim təşkilat cavabdeh deyil. Rəsmi məlumatlarımız və aylıq proqnozlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilir”.

İlhamə Əbülfət 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri