12 
Fev
2019
13:19
19
435
2206
Virtual karabakh

Hadi Rəcəbli: Sosial müdafiə ilə bağlı addımlar bundan sonra da atılacaq

12 Fev, 2019
13:19
2206

Hadi Rəcəbli: Sosial müdafiə ilə bağlı addımlar bundan sonra da atılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması ilə bağlı sərəncam imzalandı. Bu, müstəqillik dövründə ilk addım idi. Bu addım gələcəkdə görülən işlərin təməlini qoyur. Bu, bizə imkan verir ki, gələcəkdə də əməkhaqlarının artırılması ilə bağlı addımlar atılsın.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri xatırladıb ki, 2007-ci ildə yaşayış minimum 64, minimum əmək haqqı isə 50 manat idi.

 “2017-2018-ci ildə yaşayış minimumu 173, minimum əməkhaqqı 116 manat idi. Burada olan fərqi görürük. Bu il isə minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı, yəni 180 manat oldu. Əgər ölkəmizdə qaçqın və məcburi köçkün problem olmasaydı, orduya ayrılan vəsaitin və digər vəsaitlərin yarı hissəsi sosial müdafiə məqsədlərinə yönəldə bilsəydik, bunlar daha böyük rəqəmlər olardı. Şəhid ailələrinə verilən müavinət 58 manat artırılıb. Sosial müdafiə ilə bağlı addımlar bundan sonra da atılacaq”, - deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri