12 
Fev
2019
14:24
74
19
3013
Virtual karabakh

Bu ay qalib “Mobil reportyor”umuz o oldu - VİDEO

12 Fev, 2019
14:24
3013

Bu ay qalib “Mobil reportyor”umuz o oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV videoportalının Oxu.Az saytı ilə birlikdə təqdim etdiyi “Mobil reportyor” rubrikasının yanvar ayı üçün olan qalibi müəyyən olunub. 

Yanvar ayı üçün redaksiyamıza göndərilən videolar arasında baxış sayına görə birinciliyi Azər Bağırovun göndərdiyi videoçarx qazanıb. 

Onun göndərdiyi videogörüntülərdə Sədərək Ticarət Mərkəzində, elektrik əşyalarının satışı mağazalarından birində təhlükəsizlik kameraları tərəfindən qeydə alınan oğurluq hadisəsi əks olunmuşdu. Mağazasından oğurluq edən qadının görüntüləri ona bir ədəd “Xiaomi Redmi 6” smartfonu qazandırıb. 

Video yükləndiyi andan bu günə qədər 21 min baxış sayı toplayıb. 

Bu gün qalibə qazandığı “Xiaomi Redmi 6” smartfonunu təqdim edilib.

Qeyd edək ki, müsabiqə davam edir. Fevral ayının qalibi olmaq istəyirsinizsə, tələsin!

Ətrafınızda şahidi olduğunuz maraqlı və vacib hadisələri çəkib bizim [email protected] ünvanımıza və ya redaksiyanın “Whatsapp” (“Telegram”) nömrəsinə:(+99455) 974-34-03) göndərin.

İştirakçılar üçün əsas tələblər çox sadədir: video sizin tərəfinizdən çəkilməli və yalnız bizim saytlarda yayımlanmalıdır.

Təqdim olunan videomateriallar Azərbaycan Respublikasının mövcud qanunvericilik normalarına zidd olmamalı və müəllif hüquqlarını pozmamalıdır.

Bütün göndərilən videolar Baku TV saytının müvafiq bölməsində yayımlanacaq və xəbər şəklində Oxu.Az saytında yerləşdiriləcək.

Ay ərzində ən çox baxılan videonun müəllifi mükafat olaraq “Xiaomi Redmi 6” smartfonu qazanacaq.

Müsabiqədə iştirak şərtləri:

İnternetdən götürülmüş və redaksiyaya göndərilmiş videolar başqa saytda yayımlansa, müsabiqəyə qəbul edilmir.

Müsabiqə üçün redaksiyaya göndərilmiş videolar Baku TV və ya Oxu.Az-da saytlarında yayımlandıqdan sonra müsabiqədə iştirak edir.

Videonun yayımlanması ilə bağlı qərar redaksiya tərəfindən qəbul edilir və onun müəllifi qəbul edilmiş qərarla bağlı məlumatlandırılır.

Qalib hər ayın ilk günündə BakuTV saytının müvafiq bölməsindəki baxış sayına uyğun elan edilir.

Baxış sayını süni artırmaq mümkün deyil.

Bizim müsabiqəmizdə iştirak edin və qalib olun! Bütün iştirakçılardan yalnız müsbət videolar almaq arzusu ilə! Hər kəsə uğurlar!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri