13 
Fev
2019
16:21
399
100
15660
Virtual karabakh

Azərbaycan alimləri yeni velosiped ixtira ediblər - YENİLƏNİB

13 Fev, 2019
16:21
15660

Azərbaycan alimləri yeni velosiped ixtira ediblər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutu alimlərin “yeni tam ötürməli velosiped” ixtira etməsinə aydınlıq gətirilib.

Radiasiya Problemləri İnstitutundan Oxu.Az-a müraciət edilərək məlumata dəyişiklik edildiyini bildiriblər, və bunun nəzərə alınmasını xahiş ediblər.

Yenilənmiş məlumatda qeyd olunur ki, AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped modelinə patent əldə ediblər (Avrasiya Patent Təşkilatı - seriya nöm: 030801).

“Alimlərin hazırladıqları iki təkərli tam ötürməli velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi bu velosiped modeli səkkiz fərqli ötürmə ədədinə malik sürətlər qutusu və sürət dəyişən mexanizmlə təchiz olunduğundan şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.

Sözügedən velosiped modeli patentləşdirilsə də, hələ ki ilkin sınaq versiyası hazırlanmayıb”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Oxu.Az saytında dərc edilən “Azərbaycan alimləri yeni velosiped ixtira ediblər” yazısı alimlərimizin yeni ixtiraları barədə oxucularımızı məlumatlandırmaq xarakteri daşıyıb.

14:41

AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər.

Bununla bağlı AMEA-nın rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, alimlərin hazırladıqları iki təkərli tam ötürməli velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda, aparıcı təkər funksiyasını icra edə bilir.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi ixtira şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri