15 
Fev
2019
11:58
17
200
4887
Virtual karabakh

Azərbaycanlılar İstanbulda qəzaya düşdü: yaralılar var - FOTO

15 Fev, 2019
11:58
4887

Azərbaycanlılar İstanbulda qəzaya düşdü: yaralılar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

“CNN Türk” hadisə zamanı ikisi qadın olmaqla, dörd nəfərin yaralanması barədə məlumat yayıb.

Yaralılardan ikisi azərbaycanlıdır. Bunlar Xəlil Hüseynov və Leyla Qəribovadır. 

Məlumata görə, Türkiyə vətəndaşı Eşper Ü.-nün idarə etdiyi avtomobil Xəlil Hüseynovun maşınına çırpılıb. Hadisə zamanı daha iki avtomobil zərər görüb. 

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırmalar aparılır. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri