15 
Fev
2019
13:37
20
48
2126
Virtual karabakh

Nazir: Ödənişsiz yerlərin ixtisaslar üzrə bölgüsü bu ay müəyyənləşəcək

15 Fev, 2019
13:37
2126

Nazir: Ödənişsiz yerlərin ixtisaslar üzrə bölgüsü bu ay müəyyənləşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabinetinin tapşırığı ilə ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 16 min artırılması ilə bağlı artıq ilkin təkliflər var.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri  Ceyhun Bayramov prezidenti İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair keçirilən mətbuat konfransında bildirib.

Nazir bildirib ki, bir ay ərzində həmin yerlərin ixtisaslar üzrə bölgüsü təsdiq olunacaq:

“İlkin təkliflər hazırlanıb və hökumət tərəfindən təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri