16 
Fev
2019
12:58
47
1144
34732
Virtual karabakh

Azərbaycanda övladı olmayan ər və arvad intihar etdi - YENİLƏNİB

16 Fev, 2019
12:58
34732

Azərbaycanda övladı olmayan ər və arvad intihar etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda intihar edən ər-arvadın həyatı ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-a daxil olan xəbərə görə, Əfsanə Mayılova 19 yaşı olanda Sahib Rəsulovla nişanlanıb.

Lakin Sahib toyu gözləməyib və Əfsanəni qaçırıb. Bu isə qızın atasının qəzəbinə səbəb olub.

Daha sonra Ə. Mayılovanın hər iki valideyni rəhmətə gedib. 

Cütlük birlikdə olduğu 15 il müddətində müxtəlif üsullara əl atsa da, valideyn ola bilməyib.


***

11:37


Hacıqabulda baş vermiş ər-arvad intiharının təfərrüatları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Sahib Rəsulovla Əfsanə Mayılova kənddə ev tutaraq vətəndaş nikahında yarayırmış. 15 ildir, birlikdə olmalarına baxmayaraq cütlük övlad sahibi ola bilməyib. Bu səbəbdən ər-arvad fevral ayının 14-də ayrılmaq qərarına gəlib. S. Rəsulov xanımı ilə qaldığı evi tərk edərək valideynlərinin evinə gedib. Növbəti gün isə özünü həyətdəki nar ağacından asıb. Bunu eşidən Ə. Mayılova da həyətlərindəki yarımtikilidə eyni üsulla intihar edib.


***
00:30

Hacıqabulda ər və arvad intihar ediblər.

Oxu.Az tanınmış jurnalist Emil B. Məmmədova istinadən xəbər verir ki, hadisə rayonun Kolanı kəndində baş verib.

Xeyli vaxtdır ailə qurmalarına baxmayaraq, övladları olmayan 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov və 1985-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova yaxınlarının tənəsi ilə ayrılmaq qərarına gəliblər. Kişi bu ayrılığa dözməyərək özünü həyətdəki ağacdan asaraq intihar edib.

Bu xəbəri atası evində eşidən qadın da eyni üsulla intihar edib.

Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri