17 
Fev
2019
12:06
31
299
8053
Virtual karabakh

Qobustanda maşın aşdı, dörd nəfər ağır yaralandı

17 Fev, 2019
12:06
8053

Qobustanda maşın aşdı, dörd nəfər ağır yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, Qobustan rayonu ərazisində Şəki rayon sakini 1991-ci il təvəllüdlü Nurəhmədov Rövşən Hacı oğlunun idarə etdiyi avtomobil aşıb. 

Avtomobilin aşmasına yolun buz bağlaması səbəb olub. 

Hadisə nəticəsində sürücü və sərnişinlər Şəki rayon sakinləri - 1996-cı il təvəllüdlü İmanov Elnur Sabir oğlu, 1985-ci il təvəllüdlü Tahirov Eldar Orucoğlu oğlu və 1998-ci il təvəllüdlü Cəlilov Murad Nadir oğlu müxtəlif bədən xəsarətləri ilə Qobustan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən şəxslərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri