20 
Fev
2019
23:00
149
33
2752
Virtual karabakh

Qəsəbələrdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb

20 Fev, 2019
23:00
2752

Qəsəbələrdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən qəsəbələrdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Bu barədə “Aqrolizinq” ASC məlumat yayıb.

Məlumata görə, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə, yerindəcə güzəştdən yararlanaraq, azot gübrəsi əldə edə biləcəklər.

Regionlar üzrə keçiriləcək səyyar satışa Şəki və Oğuz rayonlarından start verilib.

Mövsüm başa çatmamış əhalinin azot gübrəsi ilə təmin olunması ilə əlaqədar ilk səyyar satışlar fevral ayının 22-də Şəkinin Aşağı Göynük, fevral ayının 23-də isə Oğuz rayonun Xaçmaz kəndində həyata keçiriləcək. Adları qeyd edilən bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana biləcəklər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün:

Şəki rayonu üzrə +99455 781 55 88 (Nürəddin İbrahimov Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun müavini),

Oğuz rayonu üzrə +99470 223 75 28 (Azad Əliyev Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) nömrələri ilə əlaqə saxlaya bilərlər.

Səyyar satış məkanına yaxın ətraf kəndlərin siyahısı

Rayon

Səyyar satış təşkil ediləcək məntəqə

Ən yaxın kəndlər

Şəki rayonu

Aşağı Göynük, Şəki-Zaqatal şosesinin yaxınlığı, Ruzi marketin yanı.

Baş Göynük, Baş Şabalıd, Baş Layısqı, Şin, Cunud, Qumux, İnçə, Zunud, Aşağı Şabalıd, Birinci Biləcik, İkinci Biləcik, Baqqal, Cumakənd, Aşağı Layısqı, Mərdanlı, Abbaslı

Oğuz rayonu

Xaçmaz kəndi, Məişət evinin qarşısı

Sincan, Tərkeş, Mollalı, Filfilli, Xaçmaz qışlaq, Dəmədaşğlı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri