21 
Fev
2019
10:00
110
127
7277
Virtual karabakh

Bakıda “Theatrum” hoteli və “Tavada” restoranı fəaliyyətə başladı – FOTO/VİDEO

21 Fev, 2019
10:00
7277

Bakıda “Theatrum” hoteli və “Tavada” restoranı fəaliyyətə başladı – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının mərkəzində yeni “Theatrum” hoteli və “Tavada” restoranı fəaliyyətə başlayıb.

Buraya təşrif buyuran hər bir qonaq ilk andan gülərüz personalın yüksək xidmətinin şahidi olacaq. Çünki şəhərimizə gələn hər bir qonağın istirahətinin xoş və mənalı keçməsini qarşısına məqsəd qoyan “Theatrum” hotelində bunun üçün hər şərait var.

“C-Group” şirkətinin rəhbəri Kənan Ağayev açılış mərasimində bildirib ki, artıq fəaliyyətə başlayan hotel şəhərimizin qonaqları üçün öz rahat ab-havası ilə seçiləcək:

“Çox sevinirik ki, paxtaxtımızın mərkəzində yeni bir hotel açmışıq. Burada 49 otaq var. Onlar müxtəlif suitlər, ailə otaqlarına bölünür. Ümid edirəm ki, inkişaf etmiş ölkə turizmi üçün hotelimiz həm yerləşməsinə, həm də burada göstərilən xidmətə bir töhfə olacaq”.

Kənan Ağayev qeyd edib ki, hoteldə müştərilər üçün endirimlər də olacaq:

“Hotelin özünəməxsus üslubu, rahatlığı var. Açılış ilimiz olduğu üçün 30-40 faiz endirimlə bazara daxil oluruq. Qeyd edim ki, Azərbaycanımızın müxtəlif yerlərində dörd hotelimiz fəaliyyət göstərir. Bazara girməmişdən əvvəl şəhərdə yerləşən hotellərin qiymət araşdırmasını etdik. Biz də hotelimizdə müştərilər üçün digər hotellər səviyyəsində və onlardan da aşağı qiymət tənzimlədik. İlkin olaraq xarici turistlər üçün səhər yeməyi daxil olmaqla, günü 60-80 dollar civarında otaqlar təklif edirik”.

Rəhbər vurğulayıb ki, şəhərimizə gələn turistlər daha çox Bakının mərkəzi küçəsində yerləşən hotellərdə qalmağa üstünlük verirlər:

“Şəhərimizin gəzməli və görməli yerləri ilə daha yaxından tanış olmaq üçün mərkəzdə qalmaları daha münasibdir. Bizim hotel məhz şəhərin mərkəzi küçəsində yerləşir. Hazırda bizim konkret şüarımız yoxdur. Ancaq istəyirik ki, 2019-cu il “Theatrum” hotelinin ili olsun”.

“Theatrum” hotelində Türkiyə, Azərbaycan və beynəlxalq mətbəxi birləşdirən 170 nəfərlik “Tavada” restoranı da fəaliyyət göstərir.

Hotelin direktoru Ərdəm Canlı bildirib ki, restoranda müştərilərin məmnuniyyəti üçün ilk növbədə Azərbaycan mətbəxinin ləziz təamlarına üstünlük veriləcək:

“Əməkdaşlarımızın yüksək xidməti sayəsində qonaqlar unudulmaz xoş anlar keçirəcəklər. Fərqli ağız dadı olan müştərilər üçün türk və beynəlxalq mətbəx də olacaq. Restoranımızın menyusunda müştərilər daim yenilənən yemək çeşidləri görə biləcəklər.

Hələlik Azərbaycan mətbəxindən 12, Türkiyə mətbəxindən isə 14 növ yemək təqdim olunacaq. Zaman keçdikcə müştərilərin istəklərini də nəzərə alıb, menyumuzu zənginləşdirəcəyik”.

Ərdəm Canlı qeyd edib ki, əslində, Türkiyə və Azərbaycan mətbəxinin bir çox ortaq özəllikləri var:

“Bunu yeməklərdə də görmək mümükündür. İnanıram ki, restoranımıza gələn hər kəs göstərdiyimiz xidmət səviyyəsindən və yeməklərimizdən razı qalacaq.

Bütün qonaqları restoranda gözləyirik. İnanırıq ki, gələn qonaqlar həm dincələcək, həm də şərq və milli ab-havadan, yeməklərimizin ləzzətindən zövq alacaqlar”.

“Tavada” restoranının ən son yeniliklərdən xəbərdar olmaq istəyənlər “Facebook” və “Instagram” səhifələrini izləyə bilərlər.

Rezervasiya üçün: +994 55 214 94 65.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri