21 
Fev
2019
13:17
77
22
2687
Virtual karabakh

Professor: “Yanar bulağ”ın yaxınlığında heç bir vulkan yoxdur

21 Fev, 2019
13:17
2687

Professor: “Yanar bulağ”ın yaxınlığında heç bir vulkan yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara rayonunun Ərçivan qəsəbəsində tarixi abidə kimi qorunan “Yanar bulaq”da baş verən hadisə palçıq vulkanı ilə əlaqəli deyil.

Bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Şöbə rəisi qeyd edib ki, “Yanar bulaq”da baş verən hadisənin palçıq vulkanı olması ilə əlaqəsi ola bilməz:

“Çünki həmin ərazinin yaxınlığında heç bir vulkan yoxdur”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov isə saytımıza açıqlamasında bildirib ki, “Yanar bulaq” 80-ci illərdən istifadəyə verilib və oradan kükürdlü su çıxır:

“Yerli əhali bu sudan məişətdə istifadə edirlər. Bulağın suyu ilin müəyyən dövrlərində artıb azalır. Sakinlərin bildirdiyinə görə bu səviyyədə də olmasa il ərzində bir, iki dəfə bulaq fontan vurur. Bu dəfə isə daha güclü olub. Orada hansı proseslərin getdiyini bu sahənin mütəxəssisləri daha dəqiq deyə bilər”.

Xatırladaq ki, fevralın 19-da Astara rayonunun Ərçivan qəsəbəsində tarixi abidə kimi qorunan “Yanar bulaq”da qeyri-adi təbiət hadisəsi baş verib. Yerli sakinlərin məişətdə istifadə etdikləri bulaqdan su ilə birlikdə palçıq püskürüb.

Qəsəbə sakinləri bu hadisəni palçıq vulkanlarının aktivləşməsi ilə əlaqələndirirlər.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri