22 
Fev
2019
15:25
29
520
12469
Virtual karabakh

Bir gün əvvəl nişanı olan gənc qəzada öldü - YENİLƏNİB + VİDEO

22 Fev, 2019
15:25
12469

Bir gün əvvəl nişanı olan gənc qəzada öldü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qəzaya düşən gənc vəfat edib.

Oxu.Az-ın məlumatına görə, gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan 1990-cı il təvəllüdlü Novruzov Əli Hüseynağa oğlu Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Əli Novruzovun dünən nişanı olub.

09:11

Gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, metronun “Əhmədli” stansiyasından Hövsana bir manata sərnişin daşıyan taksi qəzaya düşüb.

Yaralıların yaxınlarının dediyinə görə, taksi sürücüsünün qarşısına yolun əks istiqamətində hərəkət edən avtomobil çıxıb.

Sürücü avtomobili qəzadan yayındırsa da, maşın yolun kənarında olan daş maneəyə çırpılıb.

Nəticədə, avtomobildə olan dörd nəfərdən ikisi - 1990-cı il təvəllüdlü Novruzov Əli Hüseynağa oğlu və 1997-ci il təvəllüdlü Abdunzadə Abdun Coşqun oğlu ağır xəsarət alıb.

Yaralılar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hər iki xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. A.Abdunzadənin vəziyyəti orta-ağır, Ə.Novruzovun vəziyyəti isə ağırdır.

Həmçinin qeyd edilir ki, Novruzov Əlinin dünən nişanı olub. 

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət
Elvin Nüsrətoğlu
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri