22 
Fev
2019
20:07
17
268
3280
Virtual karabakh

Qubada məktəbdə yanğın olub

22 Fev, 2019
20:07
3280

Qubada məktəbdə yanğın olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunda məktəb binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.

Odun peçindən taxta döşəmənin üstünə düşən köz parçaları səbəbindən məktəbin 3-cü mərtəbəsində yanğın baş verib.

Hadisə dərsdən sonra baş verdiyindən xəsarət alan olmayıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri