23 
Fev
2019
00:50
37
158
3040
Virtual karabakh

Gədəbəydə yaşayış evindən əl qumbarası və partladıcı tapıldı - FOTO

23 Fev, 2019
00:50
3040

Gədəbəydə yaşayış evindən əl qumbarası və partladıcı tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Gədəbəy rayonu, Nizami küçəsi, ev 3-də 1 ədəd əl qumbarası tapılıb. 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat yayıb.

 ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən  yaşayış evinin zirzəmisinə baxış keçirilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub. 

 Aşkar olunmuş əl qumbarasının ətrafında 25 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri