23 
Fev
2019
13:59
232
26
9677
Virtual karabakh

Əlilliklə bağlı səlahiyyətlər dəyişdi - FƏRMAN

23 Fev, 2019
13:59
9677

Əlilliklə bağlı səlahiyyətlər dəyişdi - FƏRMAN

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, nazirliyin əsasnaməsindəki dəyişikliyə əsasən, reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək funksiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib.

Eyni zamanda nazirliyə həvalə edilib ki, əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə, əlilliyi olan şəxslərin reyestrini elektron formada aparsın.

Dəyişikliyə əsasən, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin 3.1.13-cü yarımbəndi, yəni əlilliyi olan şəxslər, əlilliyin vəziyyəti və dinamikası, əlillərin sosial müdafiə, o cümlədən reabilitasiya tədbirlərinə olan ehtiyacı, görülən tədbirlərin nəticəsi və səmərəliliyi barədə sistemləşdirilmiş məlumat bankı yaratmaq  funksiyası isə ləğv edilib.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri