İyl
2014
23:40
185
17
5372
Virtual karabakh

Heydər Əliyev Fondu Xanım Qafarovanın müalicəsini öz üzərinə götürdü

9 İyl, 2014
23:40
5372

Heydər Əliyev Fondu Xanım Qafarovanın müalicəsini öz üzərinə götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu dəfə müalicə üçün İsrailə göndəriləcəksiniz”.

Son günlər səhhəti yenidən ağırlaşan tanınmış aktrisa, əməkdar artist Xanım Qafarovanın müalicəsi İsraildə davam etdiriləcək. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bununla bağlı göstəriş verib. Ölkənin birinci xanımı həmçinin aktrisanın qızının təhsil xərclərini də öz üzərinə götürüb.

Oxu.Az Aznews.az-a istinadən xəbər verir ki, Xanım Qafarova bildirib ki, bir neçə saat əvvəl Heydər Əliyev Fondunun nümayəndələri onunla əlaqə saxlayıblar: 

“Fondun nümayəndələri mənə dedilər ki, hazırlaşın, bu dəfə müalicə üçün İsrailə göndəriləcəksiniz. Qızım da mənimlə gedəcək. Mehriban xanım bundan əvvəl də üç dəfə məni Türkiyəyə müalicəyə göndərmişdi və səhhətimdə ciddi irəliləyiş yaranmışdı. İnanırdım ki, o axıra kimi mənim arxamda dayanacaq. Buna görə ona özümün və ailəmin adından minnətdarlığımı bildirirəm. Bu cür dəstək adama yaşamaq üçün stimul verir. Mehriban xanımın bu qərarı onun Azərbaycan mədəniyyətinə yüksək diqqət və qayğısının təzahürüdür”.

Qeyd edək ki, aktrisa uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri