11 
İyl
2014
12:04
31
114
20422
Virtual karabakh

Xanım Qafarovanın son görüntüləri – VİDEO

11 İyl, 2014
12:04
20422

Xanım Qafarovanın son görüntüləri – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sənətçinin vəziyyəti kritikdir və onun yaşaması üçün ümid yox səviyyəsindədir.

Bu səhər ölüm xəbəri yayılan, sonradan isə ölüm ayağında olduğu bildirilən əməkdar artist Xanım Qafarovanın son görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, bir neçə gün əvvəl “ATV”də efirə gedən “Öz aramızda” verilişinin aparıcısı Zaur Baxşəliyev aktrisanı evində lentə alıb. X.Qafarovanın son durumu haqda bilgi alan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva onu yenidən müalicəsini öz üzərinə götürərək ,İsrailə göndərilməsi haqda tapşırıqlar verib. Lakin bu gün səhər əməkdar artist haqda yayılan xoş olmayan bu informasiyaya ailəsi reaksiya verərək bildirib ki, sənətçinin vəziyyəti kritikdir və onun yaşaması üçün ümid yox səviyyəsindədir.

Onun bir neçə gün əvvəl lentə alınan görüntülərini təqdim edirik. Əməkdar artistin son görüntülərini aşağıdakı videoda 2-ci dəqiqədən başlayaraq izləyə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri