11 
İyl
2014
12:45
161
75
41399
Virtual karabakh

Gəncədə fahişəliklə məşğul olan qadını döyə-döyə öldürdülər - YENİLƏNİB

11 İyl, 2014
12:45
41399

Gəncədə fahişəliklə məşğul olan qadını döyə-döyə öldürdülər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə qadını döyərək öldürən şəxs tutulub.

Daxili İşlər Nazirliyi Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.

Oxu.Az xəbər verir ki, Nazirliyin saytında verilən məlumata görə, iyulun 10-na keçən gecə Gəncə şəhərində şəhər sakini Firuzə Vəliyeva yaşadığı mənzildə naməlum şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən F.Vəliyeva orada ölüb.

Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Kazbek Bulekbayev tutulub.

11:59

Gəncə şəhərində qətl hadisəsi törədilib.

Oxu.Az xəbər verir ki, Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Nizami rayonu ərazisindəki yataqxanada yaşayan Vəliyeva Firuzə Mahmud qızı yaşadığı ünvanda qonşusu Buleqbayev Kazbek Yusif oğlu tərəfindən amansızlıqla öldürülüb.

Qadının evinə gələn qonşusu onu yumruq-təpiklə vəhşicəsinə döyüb. Ağır bədən xəsarətləri alan qadın yerindəcə keçinib. Kazbek Buleqbayev cinayəti törətdikdən sonra hadisə yerindən uzaqlaşıb.

Bildirilir ki, qətlə yetirilmiş qadın şəhərdə “Faya” adı ilə tanınırmış və yüngül həyat tərzi keçirirmiş. Qonşularının iradlarına baxmayaraq qadın həyat tərzini dəyişməyib. Hətta onun azyaşlıları da fahişəliyə cəlb etməsi kimi söz-söhbətlər yayılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri