11 
İyl
2014
16:05
27
211
16665
Virtual karabakh

Xanım Qafarova vəfat etdi

11 İyl, 2014
16:05
16665

Xanım Qafarova vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist 47 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Bir neçə dəqiqə öncə Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova dünyasını dəyişib. 

Oxu.az xəbər verir ki, bu barədə Lent.az-a mərhum aktrisanın bacısı oğlu məlumat verib. O bildirib ki, xanım aktrisa son sözünü deyib və az sonra keçinib:

“Bu sözləri demək mənim üçün çox çətindir. Xalam son günlərinə qədər həyatla mübarizə aparırdı. O, həyatı sevirdi. Yeganə övladına və anasına görə narahat idi. Elə ancaq onları, əsas da az yaşlı qızını düşünürdü. Yeganə arzusu sağalıb, ayaq üstə durmaq idi. Amma nə etməliyik. Vaxtsız ölüm Allahın qisməti və xalamın alın yazısı imiş. Allah rəhmət eləsin”.

Xatırladaq ki, mərhum aktrisa süd vəzi xərçəngindən 2009-ci ildən bəri əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri