24 
İyl
2014
18:30
14
44
1864
Virtual karabakh

Məkkədə dəvə qadağası

24 İyl, 2014
18:30
1864

Məkkədə dəvə qadağası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik xüsusi qərar verib.

Məkkəyə bu il həcc səfəri edəсək müsəlmanlara dəvə qurbanı kəsmək qadağan edilib. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu, MERS-CoV koronavirusunun (“dəvə qripi”nin) yayılması ilə bağlıdır. Bu təklif Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinə bir qrup alim tərəfindən edilib. 

Səudiyyədə MERS-CoV virusu peyda olandan 721 nəfər xəstələnib, onlardan 297 həlak olub. 2012-ci ildən bu qrip insanlar üçün patogen sayılır. Alimlərin araşdırmasına görə, qrip birhürgəcli dəvələr tərəfindən yayılır. 

Hər il həcc zamanı Məkkədə 1,3 milyona yaxın heyvan - qoyun, keçi, dəvə və inək kəsilir. Həcc ay təqvimi ilə Zül-Hiccə ayının ilk günlərində həyata keçirilir. Bu il isə oktyabr ayına düşür. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri