24 
İyl
2014
19:10
31
28
1692
Virtual karabakh

Sevinc Babayevanın oğlu azadlığa çıxdı

24 İyl, 2014
19:10
1692

Sevinc Babayevanın oğlu azadlığa çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ayxan Məmmədovun barəsində 1000 manat cərimə cəzası təyin edilib.

Bu gün Bakı Apelyasiya Məhkəməsində 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun apelyasiya şikayətinə baxılıb. 

Oxu.Az-ın teleqraf.com-a istinadın verditi xəbərə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara görə, Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilib və Binəqədi rayon Məhkəməsinin hökmü dəyişdirilib. 

Ayxan Məmmədovun barəsində 1000 manat cərimə cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.  

İttihama görə, Ayxan Məmmədov  “Favorit” marketdə oğurluğa cəhd edib və Binəqədi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri