24 
İyl
2014
23:40
44
28
1678
Virtual karabakh

Ruslar Bakıda 2,5 milyon avroya iki klinika açır

24 İyl, 2014
23:40
1678

Ruslar Bakıda 2,5 milyon avroya iki klinika açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim top-menecment Azərbaycana getməyə hazırdır”.

Rusiyanın Tomsk şəhərində yerləşən “Korporativ Təbabət Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti Bakıdakı “Səhhət” klinikası ilə birgə Azərbaycanda iki klinikanın açılmasına dair müqavilə bağlayıb. 

Oxu.Az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə ASC rəsmiləri məlumat yayıblar.

“Layihənin ilkin dəyəri 2-2,5 milyon avrodur. Hazırda biz Bakı ərazisində müəssisənin yaradılması barədə müzakirələr aparırıq, perspektivdə isə Azərbaycanın şimalında kilinika açılacaq” - deyə şirkətin rəhbəri Sergey Antipov bildirib.

S.Antipovun sözlərinə görə, hazırda hər iki şirkət rus və Azərbaycan dillərində sənədlərin hazırlanması ilə məşğuldur. Növbəti mərhələdə əsas iş lisenziya almaqdır. Belə ki, “Korporativ Təbabət Mərkəzi” Azərbaycan ərazisində artıq bu il fəaliyyətə başlamağa hazırlaşır.

“Bizim top-menecment Azərbaycana getməyə hazırdır” - Antipov bildirib.

Qeyd edək ki, “Korporativ Təbabət Mərkəzi” tibbi istehsalat və əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən şirkətlərin birləşdiyi qrupdur. Ora “SibMedSentr”, “KrasMedSentr”, “TomMedSentr”, “SibProfStandart” və “Alfamed” şirkətləri daxildir.

“Səhhət” klinikası isə Azərbaycan-Almaniya birgə müəssisəsidir və özəl tibbi xidmətlə məşğul olur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri