Avq
2014
14:01
40
295
46847
Virtual karabakh

Hacı İbrahimdən şəhidlərimizə qarşı böyük hörmətsizlik - FOTO + VİDEO

5 Avq, 2014
14:01
46847

Hacı İbrahimdən şəhidlərimizə qarşı böyük hörmətsizlik - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məkkədə Kəbə evini ziyarət etmiş adam üçün deyəsən müqəddəs heç bir şey yoxdur...

Son günlər cəbhədə baş verən hadisələr Azərbaycan cəmiyyətini çox sarsıtdı. Atəşkəs haqqında müqavilənin bağlanıldığı vaxtdan keçən dövr əzində ilk dəfə bir gündə 8, daha sonrakı gün isə 5 şəhid verdik. Yaralı əsgərlərimizdən birinin hospitalda dünyasını dəyişməsi ilə şəhidlərimizin sayı 14-ə çatdı.

Bu hadisə Azərbaycan cəmiyyətində böyük sarsıntı yaratdı, xalqımız verilən itkilərin qisasının alınması, ölkə ərazisində bütün növ əyləncə tədbirlərinin təxirə salınması tələbi ilə yaşadı.

Və əlbəttə ki, ilk zərbə şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq, əyləncə verilişlərini ləğv etməmiş televiziyalara dəydi, ictimaiyyət onların bu hərəkətlərini ciddi şəkildə qınadı. Şəhidlərimizin ruhunu yazdığı statusla təhqir etmiş məşhur reper Elşad Xose də tənqiddən kənarda qalmadı.

Lakin ictimaiyyət öz tənqidlərini Elşad Xose, televiziya kanallarının üzərində cəmlədiyi bir vaxtda Azərbaycanın ən tanınmış şəxslərindən biri, özünü həmişə milyarder kimi qələmə verən Hacı İbrahim Nehrəmli məharətlə “saman altından su yeridə” bildi – Məkkədəki müqəddəs Kəbə evini ziyarət edib İslamda ən hörmətli adlardan olan hacı adını almış birisi ölkənin matəm yaşadığı bir vaxtda – avqustun 3-də Xəzər sahilində tikdirdiyi “Khazar İslands” layihəsinin təntənəli açılışını həyata keçirdi...

Həmin tədbirdən çəkilərək internetdə yerləşdirilmiş fotoları gördükdə insan özünü təhqir olunmuş hesab edir... Çox ağrılı və acılıdır... Bu gün Xəzər sahilində belə bir layihənin həyata keçirilməsi üçün ölkənin müstəqilliyini, dövlətçiliyini qoruyan, bu yolda canından keçən Azərbaycan əsgəri məgər bir hörmətə layiq deyildimi?

Axı o əsgərlər orada canlarından keçdilər ki, Bakıda, ölkənin digər rayonlarında yaşayan qardaşlarına, bacılarına düşmən toxunmasın... Onlar, adının əvvəlindəki “hacı” sözündən də göründüyü kimi, İbrahim Nehrəmlinin biət etdiyi İslam dinində ən yüksək zirvəyə - şəhidlik zirvəsinə ucaldı...

Amma belə görünür “hacı” üçün bu dünyada müqəddəs olan tək bir şey var – o da puldur... “Təki mən salim olum, dünya-cahan batsa da batsın....”.

Belə görünür ki, çılpaq qızların, rəqqasələrin rəqsi, içki, eyş-işrət məclisi daha vacibdir, nəinki şəhidlərimizin ruhuna bir sayğı... Qarabağda gərgin döyüşlərin getdiyi bir vaxtda, Azərbaycan əsgərinin erməni hücumlarına sinə gərdiyi bir vaxtda “hacı” Bakıda öz “obyektini” reklam edirdi.

Bu təkcə həmin əsgərlərə deyil, dövlətə, millətə qarşı təhqirdir, gənclərdə ruh düşkünlüyü yaradacaq bir hadisədir – gənc əsgərin yaxınları nə düşünəcək? “Qardaşım Qarabağda Vətəni qorudu, şəhid oldu ki, Hacı İbrahim Nehrəmli Bakıda əyləncə tədbiri keçirsin?!”, soruşacaq şəhid bacısı, şəhid anası.

Onlar bizim əmin-amanlıqda yaşamağımız üçün, “hacının” öz milyardlıq layihəsini uğurla başa çatdırması üçün döyüşdülər, düşmən qarşısından geri çəkilmədilər, öz qanları ilə doğulduqları torpağı suladılar. Və əvəzində belə bir qiymət, belə bir “hörmət” gördülər...



Rüfət Abbasov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri