13 
Avq
2014
10:25
106
10
4515
Virtual karabakh

Ermənilərə qarşı növbəti hücum – FOTO

13 Avq, 2014
10:25
4515

Ermənilərə qarşı növbəti hücum – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sarkisyan, az qalıb, sən də diz çökəcəksən Azərbaycan xalqının önündə!”.

Dünən axşam saatlarında Azərbaycanın “Anti-armenia team” haker qrupu separatçı “Dağlıq Qarabağ Respublikası”na qarşı kiber hücum həyata keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat “Anti-armenia Team” haker qrupunun Facebook səhifəsində yerləşdirilib. 

Hücum nəticəsində qondarma rejimin bir sıra nazirliklərinin rəsmi saytı sıradan çıxarılıb. Sözügedən saytlarda haker qrupu tərəfindən hazırlanmış xüsusi foto yerləşdirilib. 

Fotoda son günlər cəbhə xəttində şəhid olan əsgərlərimizin adları və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanmış müraciət yer alıb:

“Ey Sarkisyan! Bu gün erməni diversant diz çökür qəhrəmanımın, əsgərimin önündə. Az qalıb, sən də diz çökəcəksən Ali Baş Komandanımın, əsgərimin, zabitimin, Azərbaycan xalqının önündə!”.

Sıradan çıxarılmış saytlarda Azərbaycan Respublikasının Dövlət Himni də səsləndirilib.

Xatırladaq ki, eyni qrupun hakerləri tərəfindən bir neçə gün əvvəl də Ermənistan prezidentinin rəsmi saytı (president.am) başda olmaqla, bir sıra dövlət saytları dağıdılmışdı. Bütün əlavə məlumatlar “Anti-armenia Team” haker qrupunun rəsmi saytı və Facebook səhifəsində yerləşdirilib.

Sıradan çıxarılmış saytlar:

http://moh.nkr.am/ (Qondarma rejimin səhiyyə nazirliyi)
http://mnp.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)
http://kashaman.moh.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)

Mirror görüntüləri:

http://www.zone-h.org/mirror/id/22777316
http://www.zone-h.org/mirror/id/22777315
http://www.zone-h.org/mirror/id/22777317

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri