13 
Avq
2014
12:00
27
14
1522
Virtual karabakh

Nəqliyyat Nazirliyi və “AvtoFM”-in birgə layihəsi - “Dispetçer”

13 Avq, 2014
12:00
1522

Nəqliyyat Nazirliyi və “AvtoFM”-in birgə layihəsi - “Dispetçer”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər həftənin çərşənbə günü saat 17:00-18:00-dək 107.7 dalğasında.

Ölkənin ən son FM dalğası “AvtoFM”-in efirində dinləyicilərə təqdim edilən layihələrdən biri də “Dispetçer” verilişidir.

Oxu.Az xəbər verir ki, DJ Aydının təqdimatında hər həftənin çərşənbə günü saat 17:00-dan 18:00-dək 107.7 dalğasında yayımlanan veriliş, yaşı 16-dan yuxarı olan dinləyicilər üçün nəzərdə tutulub. “Dispetçer” verilişinə qoşulmaq üçün *1077 nömrəsinə zəng və ya bütün mobil operatorlardan 1077 nömrəsinə SMS göndərməyiniz kifayət edər.

Nəqliyyat Nazirliyi və “AvtoFM”-in birgə layihəsi olan “Dispetçer” verilişində ictimai nəqliyyat, taksilər, yeni yollar, körpülər, beynəlxalq marşrutlarla bağlı yeniliklər, yeni marşrut istiqamətlərinin açılması və ya dəyişdirilməsi, xəttə yeni avtobusların buraxılması, marşrut avtobuslarının nömrələrinin dəyişdirilməsi və digər məsələlər müzakirə edilir. Həmçinin vətəndaşlara təmir-tikinti işləri ilə və yollardakı sıxlıqla əlaqədar alternativ yollar da tövsiyə edilir.

“Dispetçer” verilişində qonaq qismində Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətindən, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən və digər rəsmi qurumlardan olan məsul şəxslər iştirak edir. Onlar dinləyiciləri maraqlandıran sualları cavablandıraraq, problemlərin qismən də olsa həll edilməsinə köməklik edirlər.

Verilişdə aparıcı ilə telefon bağlantısı quran və ya SMS-lə efirə qoşulan dinləyici (sürücü və sərnişin) istifadə etdiyi marşrutla bağlı problemini bildirərək, lazımi məlumatı almaq imkanı da əldə edir. Eyni zamanda verilişdə vətəndaşların ictimai nəqliyyatla bağlı narazılıqları və ya maraqlı təklif və rəyləri də səsləndirilir.

Qeyd edək ki, 107.7 “AvtoFM” Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində fəaliyyət göstərir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri