30 
Avq
2013
18:33
231
53
62434
Virtual karabakh

Azərbaycanda 8 ayın ən populyar uşaq adları açılandı

30 Avq, 2013
18:33
62434

Azərbaycanda 8 ayın ən populyar uşaq adları açılandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il ən az qoyulan qız adları Əsnad, Humay və Əminədir.

2013-cü ilin 8 ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara ən çox verilən adlar məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlar arasında ən populyarı Yusif adı olub.

Belə ki, 1872 oğlan uşağına bu ad verilib. Növbəti yerdə Əli (1310), Hüseyn (1216), Ömər (978) və digər adlar gəlir. Ən az qoyulan adlar isə Davud (125), Cahid (131) və İlkin (132) olub.

Qız adlarından isə ən çox qoyulan Zəhra adı olub. 1759 uşağa bu ad verilib.

Digər yerləri isə Nuray (1513), Fatimə (1364), Ayan (1054) tutub.

Bu il ən az qoyulan qız adı isə Əsnad (93), Humay (94) və Əminə (94) olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri