22 
Avq
2014
15:15
13
22
2438
Virtual karabakh

“National Geographic Azərbaycan”: Fotomüsabiqə davam edir – FOTO

22 Avq, 2014
15:15
2438

“National Geographic Azərbaycan”: Fotomüsabiqə davam edir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müsabiqənin qaliblərini Baku Elektronics-dən qiymətli mükafatlar gözləyir.

“National Geographic Azərbaycan” jurnalı və Baku Electronics şirkətinin birgə təşkil etdiyi fotomüsabiqə hələ davam edir.

Oxu.Az xəbər verir ki, “Garant Media Holdinq”in gerçəkləşdirdiyi və Azərbaycanın media məkanında ən böyük layihələrdən biri olan “National Geographic” jurnalının ölkəmizdə nəşri ilə yerli oxuculara dünya mədəniyyəti, tarixi və elmində bir sıra yeniliklərdən xəbər tutmaq, daha geniş məlumata malik olmaq imkanı verildi.

“National Geographic Azərbaycan” elmi-populyar jurnal olmaqla yanaşı, həm də yüksək keyfiyyətli peşəkar və həvəskar fotoşəkillərin dərc olunduğu dərgidir. “National Geographic” jurnalı bütün dünyada məhz elə sərgilədiyi fotoşəkillərlə məşhurdur.

Azərbaycanda nəşr olunacaq jurnalda yer alan ənənəvi rubrikalar arasında “Çəkdikləriniz” rubrikası da olacaqdır. Burada oxucular tərəfindən göndərilmiş maraqlı və unikal fotoşəkillərin ən yaxşıları seçilərək dərc ediləcək və ilk üç yeri tutmuş fotolar Baku Elektronics şirkətinin Samsung brendi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Həvəskar və ya peşəkar fotoqraf olmağınızdan asılı olmayaraq, çəkdiyiniz və maraq doğurduğunu hesab etdiyiniz fotoşəkilləri bu ünvana yollayın.

Şəkillər fərqli üslub və istənilən mövzuda ola bilər. Müsabiqə şərtləri ilə National Geographic Azərbaycan Facebook səhifəsində tanış ola bilərsiniz.

Onu da qeyd etmək istərdik ki, “National Geographic Azərbaycan” jurnalının ilk sayını sentyabrın 1-dən etibarən əldə etmək mümkün olacaq.

 www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri