21 
Sen
2017
20:47
10
496
17085
Virtual karabakh

Sabirabadda faciə: Azyaşlı bacı-qardaş bir ayın içində öldü – VİDEO

21 Sen, 2017
20:47
17085

Sabirabadda faciə: Azyaşlı bacı-qardaş bir ayın içində öldü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uşaq dərhal xəstəxanaya aparılsa da, həkimlər onun keçindiyini bildiriblər.

Sabirabad rayonunda 28 günün içərisində azyaşlı bacı və qardaş müəmmalı şəkildə dünyasını dəyişib.

Oxu.Az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, hadisə Sabirabadın Həşimxanlı kəndində, Əsədovlar ailəsində baş verib. Kənd sakini, 3 yaşlı Əlvan Əsədli 1 ay əvvəl qəflətən dünyasını dəyişib. Ailəsi onun ölümünü səhhətindəki problemlə əlaqələndirib.

Lakin 2 gün əvvəl onun bacısı, 5 yaşlı Səma Əsədli də naməlum səbəbdən qəfildən dünyasını dəyişib. Bu isə müəmmaları və şübhələri artırıb.

Uşaq dərhal xəstəxanaya aparılsa da, həkimlər onun keçindiyini bildiriblər.

Azyaşlıların ailəsinin və yaxınlarının sözlərinə görə, Səmanın səhhətində indiyədək heç bir problem olmayıb. Buna görə də hansı səbəbdən ölməsi müəmmalı olaraq qalır. Bu hadisə onun qardaşı Əlvanın da sırf allergiyadan ölməsi ilə bağlı şübhələr yaradıb.

Ölümün səbəbini araşdırmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən nümunələr götürülüb. Sentyabrın 25-də analizlərin cavabları açıqlanacaq və Səma Əsədlinin hansı səbəbdən dünyasını dəyişdiyi məlum olacaq.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri