Sen
2014
17:08
43
22
4161
Virtual karabakh

İnterpol azərbaycanlı cərrahı axtarır - FOTO

5 Sen, 2014
17:08
4161

İnterpol azərbaycanlı cərrahı axtarır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şübhəli bilinən şəxs Bakı klinikasında öz xidmətlərini təklif edir.

Rusiyanın “Komsomolskaya Pravda” qəzeti azərbaycanlı cərrah Elçin Vəli oğlu Məmmədovun izinə düşə bilib.

Oxu.Az xəbər verir ki, qəzet cərrahın Bakıda “Caspian Hospital”da plastik cərrah vəzifəsinə işə düzəldiyini yazır.

Həmin yazını təqdim edirik:

“Deyəsən, hospitalın baş həkimi Toğrul Adıgözəlov xəstələrini kimə etibar etdiyini bilmir. Bəlkə o Rusiya mətbuatını izləmir və ya televiziya məlumatına inanmır... Hal-hazırda Məmmədovun qaçaq cinayətkar olduğu barədə məlumatı İnterpolun saytında da oxumaq olar. Bu günlərdə sayt üçün məlumatı Moskva Prokurorluğu təqdim edib.

Qanunlara riayət edən vətəndaş kimi Toğrul Adıgözəlov, Məmmədovun yeri haqqında məlumatı İnterpola və Bakı polisinə bildirməlidir. Materialımızın linkini klinikanın elektron ünvanına yolladıq.

Qeyd edək ki, 6 il əvvəl Elçin Məmmədov Moskva sakini Anna Spitsina üzərində plastik əməliyyat keçirib. Əməliyyatdan sonra Anna komaya düşüb və elə həmin gün həyatını itirib. Bundan başqa, həmyerlimiz bir neçə qadını əməliyyat edərkən onları şikəst edib.

İstintaqa yalnız Məmmədovdan pul götürməkdən imtina edən xəstələr məlumdur. Məmmədovun əməliyyat etdiyi Annanın əri Kirill Spitsın puldan imtina edərək artıq altı ildir ki, ədalətin bərqərar olması üçün çalışır.

Kirill uzun müddət onun məsuliyyətə cəlb edilməsi üçün mübarizə aparsa da, buna nail ola bilməyib. Həmin vaxt E.Məmmədovun Moskvada nüfuzu böyük olub.

Bu fırıldaqçını mərkəzi televiziyada Malışevanın verilişində qonaq, ekspert qismində dəvət edərək, az qala “plastik cərahiyyə dünyasının rəssamı” kimi qələmə verirdilər. E.Məmmədov Rusiya Prezidentinin İşlər İdarəsinin nəzdində olan “Lantset” klinikasında (Volınskaya xəstəxanası) və Semaşko Klinik Xəstəxanasının nəzdində olan Estet-Klinikada plastik-cərrah kimi çalışıb.

İstintaq materiallarına görə, E.Məmmədov tibbi təhsil alması ilə bağlı sənədləri saxtalaşdırıb. Hətta onun Moskvada saxta cərrah sertifikatının vaxtını da uzadıblar”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri