Sen
2013
13:00
27
2
3616
Virtual karabakh

Regionun ilk beynəlxalq qolf turniri Qubada keçiriləcək – Foto

7 Sen, 2013
13:00
3616

Regionun ilk beynəlxalq qolf turniri Qubada keçiriləcək – Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mütəxəssislər Qubadakı ərazinin qolf üçün mükəmməl yer olduğun bildiriblər.

Azərbaycanda ilk beynəlxalq qolf meydançası – Qubada inşa olunmuş Milli Qolf Klubu yaxın günlərdə istifadəyə veriləcək.

Oxu.Az xəbər verir ki, Quba rayonu ərazisində 60 hektar ərazidə yaradılan qolf  meydançası yüksək sinif qolf  oyunu üçün nəzərdə tutulub.

Azərbaycan Qolf Federasiyasından verilən məlumata əsasən, regionun ən böyük qolf sahəsi geniş ərazisini əhatə etməklə yanaşı, beynəlxalq turnirlərin keçirilməsi üçün lazım olan bütün beynəlxalq standartlara cavab verən 18 dəlikli qolf meydançasıdır.

Yerli işçi qüvvəsinin cəlb edilməsi ilə inşa olunan Quba qolf meydançasında oyunçuların qeydiyyatı, hazırlanması və onlara qolf üçün zəruri ləvazimatların verilməsi üçün Qolf Club House yer alır.

Bundan başqa, bütün dünya standartlarına uyğun hazırlanmış qolf meydançasında süni su maneələri, uzaq məsafəyə zərbələrin təlimi üçün hazırlanmış xüsusi sahə, həmçinin qolf dəlikləri üçün sahə yaradılıb.

Qeyd edək ki, regionda ilk dəfə olaraq Azərbaycanda belə bir yüksək səviyyədə və bütün beynəlxalq standartlara cavab verən qolf meydançasının hazırlanması ölkəyə turist axınının daha da artmasına dəstək göstərəcək.

Burada həm yerli, həm də xarici turistlərin qolf oynaması üçün zəruri olan hər bir şərait yaradılıb.

Bundan başqa, qolf meydançasının əməkdaşları rayon sakinlərindən ibarətdir ki, bu da öz növbəsində Qubada əlavə daimi iş yerlərinin yaradılması deməkdir.

Əlavə olaraq, belə bir beynəlxalq qolf meydançasının olması Azərbaycanın, o cümlədən Quba rayonunun turizm baxımından cəlbediciliyini daha da yüksəldir, bu isə öz növbəsində bölgəyə səfər edən xarici turistlərin sayının və əlbəttə ki, yerli əhalinin turizmdən əldə olunan gəlirlərinin artmasına gətirib çıxaracaq.

Onu da qeyd etmək yerinə düşərdi ki, ABŞ və İngiltərədən gəlmiş mütəxəssislər Qubadakı ərazinin qolf üçün mükəmməl yer olduğun bildiriblər.

Milli Qolf Klubunun fotoşəkillərini diqqətinizə çatdırırıq.

































www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri