11 
Sen
2014
14:10
171
17
20243
Virtual karabakh

Azərbaycanda toy mərasimləri ilə bağlı şok qərar

11 Sen, 2014
14:10
20243

Azərbaycanda toy mərasimləri ilə bağlı şok qərar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Restoranlara tapşırıq verilib...

Hökumətin yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı başladığı proses toylara da şamil olunacaq. 

Oxu.Az xəbər verir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, şadlıq saraylarına mühüm təlimat verilib. 

Xəbərdə deyilir ki, sentyabrın 15-dən etibarən şadlıq evlərində keçirilən toy mərasimlərində israfçılığın qarşısını almaqla bağlı tədbirlərə start veriləcək. 

Belə ki, süfrəyə qoyulan nemətlərin çeşidi azaldılacaq, qiymətlər isə ucuzlaşacaq. Restoranlara tapşırıq verilib ki, menyu 15-25 manat civarında olmalıdır. 

Məlumatda bildirilir ki, bu qaydaya əməl etməyən restoranları ağır cəzalar gözləyir. Onlara tövsiyəyə əməl olunmasa, 4-5 min manat cərimə olunacaqları xəbərdarlığı edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri