12 
Sen
2014
14:17
55
14
1831
Virtual karabakh

Komitə sədri: Ehsan yalnız yemək deyil

12 Sen, 2014
14:17
1831

Komitə sədri: Ehsan yalnız yemək deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç dünən yediyim yadımda deyil”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqazinfo-ya müsahibə verib.

Oxu.Az-ın məlumatına görə, M.Qurbanlı müsahibəsində son zamanlar ölkədə yas mərasimlərində israfçılığa qarşı aparılan təbliğatdan danışıb.

Komitə sədri vurğulayıb ki, hər bir millətin özünün adət-ənənələri var.

“Millətlərin, xalqların adət-ənənələri onların mənsub olduğu dinlə çox sıx sürətdə bağlıdır. Din də milli adət- ənənələrə ən çox təsir göstərən elementlərdən biri sayılmalıdır. Azərbaycanda əhalinin 96 faizi İslam dininə sitayiş edir. Yas mərasimləri ilə bağlı bizim qaldırdığımız məsələ cəmiyyəti düşündürür. Dəfələrlə bu mövzu gündəmə gəlib. Biz də bu məsələdə cəmiyyətin istək və arzusunu nəzərə almışıq. Yas mərasimlərində həddindən artıq israfçılığa yol verilməsi, onu hansısa formada dəbdəbə şəklində keçirmək nə dinimizə, nə də milli adət-ənənəmizə uyğun deyil. Səmavi dinlərin hamısında israfçılıq həddindən artıq tənqid olunur.

İslamın özündə də israfçılıq bağışlanılmaz hallardan biri kimi özünə yer tapıb. Hətta Qurani-Kərimdə məxsusi ayədə deyilir ki nə əldən çox möhkəm ol, nə də israfçı ol. Bunlardan birində səni qınayarlar, birində isə peşman olarsan.

Yas mərasimlərində dinimizə, mentalımıza uyğun dəyişikliyə ehtiyac var.  Bu dəyişiklilər də əhalinin razılığı ilə tövsiyəsi ilə təbliğat vasitəsi ilə həyata keçirilməlidir”.

Komitə sədri yas mərasimlərində ehsan məqsədilə plov verilməsindən də danışıb:

“Qaldı ki, kimsə plov vermək istəyir məsələsinə, görünür bu adamlar ehsan anlayışını o qədər də yaxşı mənimsəməyiblər. Ehsan yalnız yemək deyil. Ümumiyyətlə, yemək insanın yaddaşında qalmayan elementlərindən biridir. Mən sizdən soruşsam ki, axırıncı dəfə ən yaxşı yeməyi harada yemisiniz, xatırlaya bilməyəcəksiniz.  Bizdə də yaxşı deyim var. Heç dünən yediyim yadımda deyil. Görürsünüz, insanın yaddaşında yemək qalmır. İnsanın yaddaşında yaxşılıq qalar. Məsələn, siz tələbə olarakən kimsə sizin təhsil haqqınızı ödəmiş olsaydı, ömrü boyu onu yaddan çıxarmazdınız.

Yaxud  hansısa xəstəni müalicə üçün kimsə maliyyələşdirsəydi, xəstə heç vaxt onu unutmazdı. Və yaxud kimsə hardasa bulaq tiksəydi, ağac əksəydi və s insanlar onu həmişə xatırlayardı. Amma yeməyi heç kim xatırlmaz. Ona görə də yemək ehsan deyil. O gündəlik təlabatdır. Ehsan isə insan yaddaşına hopmalı olan xeyirxah əməldir. Ona görə də ehsan anlayışını düzgün qavramaq, tətbiq etmək lazımdır. Kimsə  yeməyi ehsan hesab edirsə, həmin şəxs Qurani-Kərimdə olan ehsan anlayışını ilə bağlı tələbi kifayət qədər mənimsəmir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri