16 
Sen
2014
12:47
7
63
6890
Virtual karabakh

Bakıda ağır velosiped qəzaları - VİDEO

16 Sen, 2014
12:47
6890

Bakıda ağır velosiped qəzaları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzaların əksəriyyəti velosiped sürücülərinin günahı ucbatından baş verir.

Bəzən velosiped sürücüləri elə zənn edirlər ki, onlar da piyadalar kimi yolun harasında istəsələr hərəkət edə, necə istəsələr yolu keçə bilərlər və sürücülər də onlara mütləq yol verməlidir. Əslində, belə deyil. Çünki heç piyadalar da düz eləmirlər…

Oxu.Az Avtosfera.az-a istinadən xəbər verir ki, qanunvericiliyə görə, 14 yaşı tamam olmamış şəxsin velosipedlə yolun hərəkət hissəsinə çıxması qadağandır. Avtosfer.az-ın təqdim etdiyi qəza görüntüləri isə onu göstərir ki, azyaşlılar, yeniyetmələr maşınların arasında velosiped şousu göstərirlər və bu da əksər hallarda qəza ilə nəticələnir. Böyüklər də onlardan geri qalmır.

Kadrlara diqqət etsək görərik ki, qəzaların əksəriyyəti velosiped sürücülərinin günahı ucbatından baş verir. Məsələn, elə birinci qəzada orta yaşlı velosiped sürücüsü qəflətən svetoforun yaşıl işığında hərəkət edən avtomobillərin yoluna çıxır və vurulur.

İkinci qəzaya diqqət edək. Avtomobil yolunda yüksək sürətlə hərəkət edən yolayrıcına daxil olan velosipedçi özünü saxlaya bilmir və üzü üstə asfalta çırpılır. Üçüncü qəzada sadəcə olaraq, velosipedçinin bəxti gətirir. Amma o kobud qayda pozuntusu edərək hərəkətdə olan maşınların qarşısına atılır. Velosipedçiyə heç nə olmasa da, onu vuran maşına yüngül ziyan dəyir.

Dördüncü velosiped qəzasında da velosipedçi günahkardır. Yolun sağ zolağı baş olduğu halda velosipedçi düz avtomobil yolunda hərəkət edir və dönmə zamanı sükanı yığışdıra bilməyib minik avtomobilinə dəyərək aşır.

Sonuncu velosiped qəzasına isə şərh yazmaq çətindir. Hər halda, bu görüntülərdə sürücünü qınamaq olmaz. Çünki velosipedçi göz görə-görə özünü avtomobilə çırpır.

Dünyanın ən inkişaf etmiş ölkələrində velosiped aparıcı nəqliyyat vasitəsinə çevrilir. İnsanlar tıxaclardan və ekoloji problemlərdən yaxa qurtarmaq üçün velosipedə üstünlük verirlər. Həmin ölkələrdə maddi cəhətdən olduqca sərfəli olan velosipedi sürməklə yanaşı, qaydalara da əməl edirlər. Azərbaycanda da zaman-zaman velosipedə üstünlük verilməsi məsələsi gündəmə gəlir. Amma bu videokadrları izlədikdən sonra əmin oluruq ki, biz hələ velosipedi gündəlik nəqliyyat vasitəsi kimi istifadə etməyə hazır deyilik. Sözün düzünü demək lazımdır; avtomobillə normal hərəkət edə bilməyən, kobud qayda pozuntularına yol verib ağır qəzalara səbəb olan sürücülər varkən velosipedə keçid etsək, küçələrdən meyit toplamaq üçün xüsusi qüvvə tələb olunacaq. Odur ki, gəlin, hələ məşq edək. Çünki velosiper sürməkdən tutmuş, velosipedçi yoluna qədər çoxlu problemlərimiz var.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri