24 
Sen
2014
12:24
7
172
5628
Virtual karabakh

28 yaşlı ana doğuş zamanı öldü - YENİLƏNİB

24 Sen, 2014
12:24
5628

28 yaşlı ana doğuş zamanı öldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik münasibət bildirib.

Səhiyyə Nazirliyi Bərdədə doğuş zamanı baş verən ana ölümünə aydınlıq gətirib. 

Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə bildirilənə görə, Yevlax rayon sakini, 28 yaşlı Aynur Məhərrəm qızı Manafova xəstəxanaya daxil olunub. Keçirilən müayinədən sonra qadın doğuş üçün əməliyyata alınıb. Əməliyyat zamanı oğlan uşağı xaric olunub.

Əməliyyatdan sonra qadında göyərmələr baş verib. Həkimlərin müdaxilələrinə baxmayaraq qadın dünyasını dəyişib, övladı isə sağ qalıb.

Qeyd edək ki, bu, qadının üçüncü hamiləliyidir.

Hazırda hadisə Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Nəticələr onların araşdırmasından sonra məlum olacaq.

Xəstəxanada rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları araşdırma aparırlar.

22:04

Bərdədə ana doğuş zamanı ölüb. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi xəstəxanasının doğum şöbəsində baş verib. 

Yevlax rayon sakini 28 yaşlı Manafova Aynur Məhərrəm qızı dünən xəstəxanaya yerləşdirilib. Axşam saatlarında o, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb. 

Xəstəxanada rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları araşdırma aparırlar. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri