24 
Sen
2014
01:51
27
131
19475
Virtual karabakh

Bakıda “Shagman”ın dəhşətli qəzası: Üç maşının üstünə aşdı – VİDEO

24 Sen, 2014
01:51
19475

Bakıda “Shagman”ın dəhşətli qəzası: Üç maşının üstünə aşdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu avtomobilin sürücüsü qeyri-peşəkardır; nə etdiyini heç özü də bilmir.

Yük maşınları nəinki rayonlararası magistral yollarda, elə Bakının mərkəzində ağır qəzalar törədirlər. Bu sırada ilk yeri “Shagman” markalı ağır tonnajlı yük maşınları tutur.

Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu hadisə paytaxtın Nobel prospektində – “Nargilə” kafesinin qarşısında baş verib. Üzü Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan “Shagman”ın yüksək sürətlə hərəkət etdiyi açıq-aydın görünür. O, üçüncü zolaqda hərəkət edir.

Amma sürücü nə fikirləşirsə birdən-birə birinci zolağı keçir və hətta o cür yüksək sürətlə gedə-gedə sağa dönməyə də çalışır. Elə bunun nəticəsində də avtomobil idarəetmədən çıxaraq aşır. Yol kənarında dayanmış üç minik maşınının üstünə aşan “Shagman”ın yükü mişar daşıdır və daş parçaları həmin maşınların üstünə tökülərək əzir.

Videonu bir qədər də incələdikdə məlum olur ki, ın sürücüsü svetoforun qırmızı işığı yanmağa başlayan anda yolu keçmək istəyir. Lakin bunu başa çatdıra bilməyəcəyini gördükdə qəfil tormoz verərək dayanmaq istəyir. Amma artıq gec idi. Çünki yüklü maşını o cür yüksək sürətdə saxlamaq mümkün deyil.

Eyni situasiyada bəzən kiçik minik avtomobilini də saxlamaq mümkün olmur. Hər halda, bu qəzanın baş verməsinin əsas səbəbi sürücünün qeyri-peşəkarlığıdır.

Həmin qəzanın görüntüsünü təqdim edirik:

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri